EN

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib...

"Report"un məlumatına görə, B qrupunun II turunda Fransa yığması Özbəkistan ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma qollu bərabərliklə başa çatıb - 3:3.

Fransızlar ilk görüşdə Çadı məğlub edib - 1:0. Özbəkistan millisi isə Rumıniyaya 1:2 hesabı ilə uduzub.

Bu gün, saat 16:30-da B qrupunda daha bir görüş - Çad - Rumıniya qarşılaşması baş tutacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Poliqon.info

 

 

 

 

 

 

Chosen
213
33
poliqon.info

10Sources