74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov həftəsonu görüş ənənəsinə sadiq qalaraq bu dəfə köməkçiləri ilə birlikdə Viləş kəndində seçicilərlə görüş keçirib.
Azadmedia.az-ın Cənub bölməsindən verilən xəbərə görə görüş çərçivəsində deputat əvvəlcə kəndin qəhrəman şəhidlərinin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla yad edib. Məzarlar önünə gül dəstələri qoyulub, şəhidlərin ruhuna dualar oxunub. Daha sonra şəhid ailələri ilə görüşən millət vəkili onların qayğı və istəklərini dinləyib, müvafiq məsələlərlə bağlı qeydlər aparıb.
Millət vəkili bildirib ki, Vətən yolunda canından keçən qəhrəmanlarımız daim hörmət və ehtiramla yad olunur: “Onların işıqlı xatirəsi qəlbimizdə əbədi yaşayacaq.”
Qeyd edək ki, Məşhur Məmmədovun bölgədə seçicilərlə görüşləri davam edir.