EN

Fransa klubunun hücumçusu “Qarabağ”a keçir?

Fransanın “Sent-Etyen” komandasının hücumçusu İbrahima Vadji “Qarabağ”a qayıda bilər.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçu yayda komandanı tərk edir. Xəbərdə Ağdam klubunun Vadjinin xidmətində maraqlı olduğu bildirilib.

Seneqallı futbolçu “Sent-Etyen” formasıyla bu mövsüm Liqa 1-də 10 oyuna çıxıb və fərqlənə bilməyib.

Forvard 2021/22 mövsümündə “Qarabağ”da çıxış edib. O, “köhlən atlar”da 36 oyunda 20 qol vurub.

Chosen
3
4
idmanxeber.az

10Sources