BAKI, 27 may. TELEQRAF
Ermənistan sistematik islamofobiyanın vətənidir.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Qaya Məmmədov "Dəyişən dünyada İslam mədəni irsinin qorunması" adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, son illərdə müsəlmanlara qarşı ksenofobiya halları artıb.
"İslamofobiya faktının adı son zamanlar qoyulub, amma bu fakt çoxdan mövcuddur. Müasir dünyada Ermənistan yeganə monoetnik dövlətdir. Ermənistan sistematik islamofobiyanın vətənidir. Ermənistan qurulanda orada xeyli Azərbaycanlı vardı. Onlar Azərbaycanlıları deportasiya edib, orada özlərinə ölkə qurublar. Biz öz mirasımızı bərpa edib, qorumalıyıq. Mədəni mirasın bərpası islamofobiya ilə mübarizənin əsasını təşkil etməlidir", - o vurğulayıb.
Qeyd edək ki, “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub. Üç gün davam edən konfrans bu gün başa çatacaq.