EN

Məhkəmə PSJ ilə bağlı qərarı ləğv etdi: 55 milyon Mbappenin əlindən çıxır?

Paris məhkəməsi "Real"ın hücumçusu Kilian Mbappe tərəfindən açılmış iddia çərçivəsində PSJ klubunun hesablarında həbs qoyulmuş 55 milyon avronun dondurulmasını ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

26 yaşlı fransalı futbolçu PSJ-dəki son mövsümündə bonuslar və maaş şəklində almadığı 55 milyon avronun ödənilməsini tələb edib. Buna cavab olaraq Paris klubu futbolçunun iddiasına qarşı etiraz ərizəsi təqdim edib.

Klub Mbappenin tələblərinin əsaslandırılmadığını bildirib və məhkəmədən hesabların dondurulmasının ləğvini xahiş edib. Bundan əlavə, PSJ qarşılıqlı iddia ilə 98 milyon avro kompensasiya tələb edir.

Chosen
143
16
publika.az

8Sources