EN

Bakı, Sumqayıt və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xezerxeber.az-a verilən məlumata görə, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.

Chosen
420
7
xezerxeber.az

10Sources