EN

Xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin etdi

Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev öz qohumlarına vəzifə verib.

Hurriyyet.az xəbər verir ki, fond rəhbəri xalası oğlu Mail Məmmədovu DSMF-yə icraçı direktor, bacısının həyat yoldaşı Şahin Əliyevi isə özünə müavin təyin edib.

Onların peşəkar təcrübəsinin olub-olmadığı, əvvəlki iş yeri və vəzifələri barədə də məlumat yoxdur. Bu şəxslərin əvvəllər Dövlət Sosial Müdafiə Fondunda işləyib-işləmədikləri barədə də heç bir məlumata rast gəlinmir.

Bu təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərilsə də, cavab almaq mümkün olmayıb.

Qeyd edək ki, məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.

Tribunainfo.az

Chosen
1
8
hurriyyet.az

10Sources