EN

“Betis” və “Çelsi” tarix üçün meydana çıxır

Polşanın Vrotslav şəhərində bu gün UEFA Konfrans Liqasının qalibi müəyyənləşəcək.

"Unikal"ın məlumatına görə, həlledici qarşılaşmada İspaniyanın “Betis” və İngiltərənin “Çelsi” klubları üz-üzə gələcəklər.

“Betis” La Liqanı 6-cı sırada tamamlayaraq Avropa Liqasına vəsiqə qazanıb. “Çelsi” isə Premyer Liqanı 4-cü pillədə başa vuraraq gələn mövsüm Çempionlar Liqasında oynamaq hüququ əldə edib.

London təmsilçisi avrokubok təcrübəsinə malikdir – “Çelsi” daha əvvəl iki dəfə Çempionlar Liqasının və bir neçə dəfə Avropa Liqasının qalibi olub. “Betis” isə tarixində ilk dəfə beynəlxalq turnirin finalına yüksəlib və ilk kubokunu qazanmaq üçün meydana çıxacaq.

Gərgin və maraqlı mübarizə vəd edən “Betis” – “Çelsi” finalı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Chosen
265
50
unikal.az

10Sources