EN

Xəzər Universitetində tələbə bıçaqlandı - Vəziyyəti ağırdır

Xəzər Universitetində tələbələr arasında dava düşüb. 

Missiya.Az Modern.az-a istinadən xəbər verir ki, tələbələrdən biri digərini bıçaqlayıb. 

Hadisə yerinə təcili yardım qrupu və polis əməkdaşları cəlb edilib. Yaralı tələbənin xəstəxanaya yerləşdirildiyi bildirilir.

 Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. 

“Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır”.

Chosen
9
13
missiya.az

10Sources