EN

Ukrayna bir neçə ölkənin rəsmilərilə Rusiya ilə danışıqlara hazırlığı müzakirə edib

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak Böyük Britaniya, Almaniya, Fransa və İtaliya liderlərinin müşavirləri ilə telefon danışığı aparıb.

"Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Ofisinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Böyük Britaniyanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell, Almaniya kanslerinin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Günter Zautter, Fransa Prezidentinin diplomatik müşaviri Emmanuel Bonn və İtaliyanın baş nazirinin diplomatik müşaviri Pietro Karini həmçinin A.Yermak ədalətli sülhə nail olmaq üçün son səylərə hazırlıq, o cümlədən diplomatik səylərin koordinasiyası, Rusiya tərəfi ilə danışıqlar prosesi çərçivəsində növbəti görüşə dair müzakirələr aparıblar.

Danışıq zamanı Yermak qeyd edib ki, Rusiya məhbus mübadiləsi başa çatdıqdan sonra atəşkəs istiqamətində addımlarla bağlı memorandumunu hələ də Ukraynaya təhvil verməyib. Eyni zamanda, Ukrayna artıq öz mövqeyini əks etdirən sənədini təqdim edib.

"Ukrayna növbəti görüşdə olmağa hazırdır, lakin biz konstruktiv müzakirə aparmaq istəyirik. Bu o deməkdir ki, Rusiyanın layihəsini almaq vacibdir. Kifayət qədər vaxt var - sənədləri hazırlayıb göndərmək üçün dörd gün kifayətdir", - Yermak bildirib.

O, həmçinin bildirib ki, ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoffu Ukraynanın mövqeyi barədə məlumatlandırıb, Amerika və Avropa nümayəndələrinin danışıqlarda iştirakının vacibliyini qeyd edib.

Chosen
92
50
report.az

10Sources