EN

Kiyev danışıqlarındair hələ mövqe bildirməyib - Zaxarova

BAKI, TurkicWorld

“Ukraynanın yeni danışıqlarla bağlı mövqeyi qeyri-müəyyəndir. ”

TurkicWorld xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna ilə sülh danışıqlarının növbəti mərhələsi ilə bağlı açıqlama verərək, Kiyev rəhbərliyinin bu prosesdə iştirakla bağlı hələlik dəqiq mövqe ortaya qoymadığını bildirib.

Zaxarovanın sözlərinə görə, danışıqların vaxtı, formatı və məzmunu Ukrayna tərəfinə çatdırılıb, lakin qarşı tərəfdən hələlik konkret cavab alınmayıb. “Onların mövqeyində heç bir aydınlıq yoxdur. Rusiya nümayəndə heyətinin rəhbəri planlarımızı davamlı şəkildə izah edir. Qarşı tərəfdə isə isterik reaksiya müşahidə olunur” - deyə o bildirib.

Zaxarova əlavə edib ki, Rusiyanı danışıqlarda təmsil edəcək nümayəndə heyəti, əvvəlki İstanbul görüşlərində iştirak edən heyətlə eyni olacaq.

Qeyd edək ki, Rusiya-Ukrayna arasında 2022-ci ildə İstanbulda keçirilən danışıqlardan sonra tərəflər arasında rəsmi görüşlər dayanmış, son aylarda isə vasitəçilərin iştirakı ilə danışıqların bərpası istiqamətində səylər artmışdır.

Chosen
32
7
turkic.world

10Sources