EN

 Çin ticarət razılaşmasını pozdu- Tramp

Donald Tramp Çinlə əldə olunmuş ticarət razılaşmasının pozulduğunu bəyan edib.



Manset.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib. O, Çin tərəfinin ABŞ-la bağlanmış müqaviləni tamamilə pozduğunu bildirib.

İki həftə əvvəl etdiyi açıqlamada Çinin ciddi təhlükə altında olduğunu iddia edən Tramp, “Tətbiq etdiyim yüksək tariflər Çinin dünyanın ən böyük bazarı olan ABŞ-ilə ticarətini demək olar ki, qeyri-mümkün etdi”, – deyə qeyd edib.

Tramp bildirib ki, tətbiq edilən tariflər nəticəsində Çində bir çox fabriklər bağlanıb və bu, ölkədə vətəndaş narahatlığına səbəb olub.

Qeyd edək ki, Donald Tramp 2024-cü ildə keçiriləcək ABŞ prezident seçkilərində yenidən namizədliyini irəli sürüb və xarici ticarət siyasəti kampaniyasının əsas istiqamətlərindən biri hesab olunur.

Chosen
112
50
manset.az

10Sources