EN

Azərbaycan Kubokunun finalına doğru – iki futbolçu oynaya bilmir

Bu gün Azərbaycan Kubokunun finalında “Qarabağ”la “Sumqayıt” üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, vacib görüş öncəsi iki komanda da rahatdır. Hər iki tərəfdə cəmi bir itki var.

“Sabah”da zədəli Seymur Məmmədov komandasına kömək edə bilməyəcək. Uzun müddətdir yaşıl meydanlardan kənar olan Amin Seydiyev isə komanda ilə məşqlərə çıxır. Onun bugünkü görüşün “23-lüy”ündə olması gözlənilir.

“Qarabağ”da isə Aleksey İsayev matçı kənardan izləyəcək. Komandada başqa itki yoxdur.

Qarşılaşma bu gün saat 19:00-da start götürəcək.

Chosen
38
4
idmanxeber.az

10Sources