Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Bu barədə “Cebheinfo.az”a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-45 % olacaq.
“Cebheinfo.az”