EN

Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçdu – Xəsarət alan var

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçmuş, nəticədə bir nəfər məhkum xəsarət almışdır.

Heftelik.az xəbər verir ki, bu haqda APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Chosen
239
48
heftelik.az

10Sources