EN

Güclü zəlzələ Yaponiyanı SİLKƏLƏDİ

Yaponiyanın ən şimalındakı Hokkaydo adasının sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar 173 min nəfərin yaşadığı Obihiro şəhərindən 135 km cənub-şərqdə, saat 18:51-də baş verib. Zəlzələ ocağı 27 kilometr dərinlikdə yerləşib.

Dağıntı və təlafat barədə məlumat daxil olmayıb.

Chosen
196
30
publika.az

10Sources