EN

Yaponiyada güclü zəlzələ 

Seysmoloqlar Yaponiyanın Hokkaydo adasının sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk regional informasiya emalı mərkəzi məlumat yayıb.

“Zəlzələ iyunun 2-də saat 05:51-də (Bakı vaxtı ilə 1 iyun 22:51) 6,1 bal gücündə qeydə alınıb”, - məlumatda deyilir.

Seysmik hadisə Hokkaydo sahillərindən 62 km dərinlikdə, episentri Kunaşir adasındakı Qolovnino kəndindən 285 km cənub-qərbdə baş verib. Zəlzələ Kuril adalarının cənubunda iki bal gücündə hiss olunub.

Chosen
177
50
bakivaxti.az

10Sources