EN

Erməni vitse-spiker Almaniya XİN nümayəndə heyəti ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı Departamentinin rəhbəri Mattias Follertlə görüşüb.

Bu barədə “Report” Ermənistan parlamentinin sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat verir.

"Tərəflər Ermənistan və Azərbaycan arasında sülh sazişi məsələsinə, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesinə toxunublar", - məlumatda bildirilib.

Qeyd edək ki, Mattias Follertin başçılıq etdiyi Almaniya nümayəndə heyəti Ermənistanda səfərdədir.

Chosen
175
50
report.az

10Sources