“Siz (Azərbaycan minifutbol millisinin üzvləri – red.) bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır”.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı qeyd edib:
“Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər”.