Azərbaycan Kubokunun “Qarabağ”la “Sabah” arasında final oyununu 7513 tamaşaçı izləyib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici turnirin son iki mövsümü üçün yeni rekorddur.
Kubokun 2023/2024 və 2024/2025 mövsümlərində bu qədər seyrçi qeydə alınmamışdı.
Daha çox tamaşaçının olduğu son matç 2022/2023 mövsümünün finalı olub. “Neftçi” və “Qəbələ” arasında oyunu (0:1) 9000 tamaşaçı izləyib.
Qeyd edək ki, “Sabah” “Qarabağ”la matçda əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.