Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yola düşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat verilib.
Bildirilib ki, rəsmi səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycanın Keniyadakı səfirliyinin rəsmi açılış mərasimində iştirakı nəzərdə tutulur.
Nazirin həmçinin Keniyanın yüksəkvəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Telegram kanalımız