EN

Millimiz yoxlama oyunları keçiriəcək

18 yaşadək oğlan basketbolçulardan ibarət yığmamızın Gürcüstanın paytaxtı Tbilisi şəhərində təlim-məşq toplanışını start götürüb.

"Football-plus.az" xəbər verir ki, hazırlıq çərçivəsində millimiz bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.

Anar Sarıyevin rəhbərlik etdiyi komandanın toplanışda əsas məqsədi 25 iyul - 3 avqust tarixlərində Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.

Qeyd edək ki, millimizin ilk təlim-məşq toplanışı iyunun 12-də yekunlaşacaq.

Chosen
182
5
football-plus.az

10Sources