TBİLİSİ, 3 iyun. TELEQRAF
Bu gün Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsi Gürcüstanla bağlı məsələnin müzakirəsi üçün növbədənkənar iclas keçirəcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Parlamenti məlumat yayıb.
Məlumata əsasən, iclasın gündəliyinin əsas bəndi Alt Komitə üzvlərinin Gürcüstana səfəri ilə bağlı hesabatdan və bu ölkənin vətəndaş cəmiyyətini təmsil edən təşkilat nümayəndələri ilə fikir mübadiləsindən ibarətdir.
Qeyd edək ki, Alt Komitənin üzvləri Gürcüstanda 26-28 may tarixində səfərdə olublar.