EN

Rusiya Federal XidmətiErmənistandan gətirilən güllərdə zərərverici aşkarladı

BAKI, 3 iyun. TELEQRAF

Rusiyaya Ermənistandan idxal olunan güllərdə qərb gülü tripsi ilə yoluxma halları üzrə 13 hadisə aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") bu barədə məlumat yayıb.

"2025-ci ildə Ermənistandan kəsmə güllərin idxalında kəskin artım müşahidə olunub. Yük axınının artması fonunda Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün karantin obyektlərinin aşkarlanmasının sayında artım qeydə alınıb.

Bundan əlavə, digər növ bitkiçilik məhsullarında karantin obyektlərinin aşkarlanması ilə bağlı hallar baş verib ki, bu da Ermənistan tərəfindən ixrac edilən məhsullara nəzarətin səmərəsizliyindən xəbər verir.

"Rosselxoznadzo"Rusiyada fitosanitar vəziyyətin pisləşməsinin qarşısını almaq məqsədilə Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinə kompleks tədbirlərin görülməsi və ixrac olunan məhsulların nəzarətinin gücləndirilməsi ilə bağlı müraciət edib.

Chosen
299
28
teleqraf.com

10Sources