EN

Prokurorluq Bakıdakı məşhur otelin rəhbərin həbsini tələb edir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Bakının Binəqədi rayonunda yerləşən “Şah otel”in rəhbəri Namiq Məmmədsadıqova qumar oyunlarının təşkilinə görə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə məhdudlaşdırılması cəzası verilsə də, prokurorluq bundan narazı qalıb. Prokuror onun cəzasının ağırlaşdırılması – azadlıqdan məhrum edilməsi üçün hökmdən apellyasiya protesti verib.

Bizimyol.info xəbər verir ki, protestə Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyilə baxılıb. Namiq Məmmədsadıqov haqqında hökm dəyişib, lakin o, həbs olunmayıb. Onun üzərində 3 il azadlığın məhdudlaşdıırılması cəzası, bu müddətdə elektron nəzarət vasitəsi (elektron qolbaq) gəzdirmək öhdəliyi saxlanılıb. Apellyasiya məhkəməsi üstəlik, ona 2 il müddətinə sahibkarlıq sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrumetmə cəzası da təyin edib.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Namiq Məmmədsadıqov Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4 (qumar oyunlarının təşkili və ya keçirilməsi, bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələrilə təqsirli bilinib. O, “Şah otel”də ofisiant işləmiş Hikmət və Mirəli adlı şəxslərlə birlikdə təqsirləndirilir.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Hikmət 2 il azadlıqdan məhrum edilib. O, hökm oxunarkən məhkəmə zalında həbs edilib. Digər ofisiant Mirəli isə həbs olunmayıb, ona otelin rəhbəri Namiq Məmmədsadıqovla eyni cəza verilib – 3 il müddətinə azadlığı məhdudlaşdırılıb.

Ofisiantlara qarşı da Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4 maddələri ilə ittiham irəli sürülüb. Lakin onlardan birinin daha ağır cəzalandırılmasının səbəbi budur ki, Hikmət bundan əvvəl də həbs olunubmuş. O, Cinayət Məcəlləsinin 333.4-1 (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, 3 aydan artıq müddətə törədildikdə) maddəsilə təqsirli bilinib. Əvvəl Tərtər Hərbi Məhkəməsinin hökmü ilə o, 1 il azadlıqdan məhrum edilsə də, Gəncə Apellyasiya Məhkəməsi cəzasını artıraraq, 3 il edib. 2022-ci ilin yayında Amnistiya Aktı ilə əlaqədar cəzasının çəkilməmiş 24 günündən vaxtından əvvəl azad edilib. Buna baxmayaraq, onun məhkumluğu ödənilməyib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Apellyasiya məhkəməsi ofisiantlarla bağlı da birinci instansiyanın təyin etdiyi cəzaları olduğu kimi saxlayıb, lakin onlara da 2 il müddətinə sahibkarlıq sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrumetməyə dair əlavə cəza təyin edib.

Qeyd edək ki, Namiq Məmmədsadıqov da hökmdən apellyasiya şikayəti verib. O, üzərindəki azadlığın məhdudlaşdırılması cəzasının da ləğv olunmasını, bəraət verilməsini istəmişdi.

Həbs olunan ofisiant isə himayəsində azyaşlı övladı və xəstə həyat yoldaşının olduğunu bildirərək, ona alternativ cəza təyin olunmasını xahiş etmişdi. Lakin onların apellyasiya şikayətləri təmin olunmayıb.

Ofisiantlar ifadələrində bildiriblər ki, “Şah otel”i Xaliq və Namiq Məmmədsadıqov qardaşları idarə edib. Onların dediyinə görə, Xaliq Məmmədsadıqov qətiyyətlə oteldə qumar oynanılmasının əleyhinə olub. Bir neçə dəfə oteldəki otaqlardan birində müştərilərə qumar oynamağa icazə verilsə də, bundan Xaliq Məmmədsadıqovun xəbəri olmayıb. Lakin digər qardaş Namiq Məmmədsadıqov bunu bilib və bütün işlər onun razılığıyla həyata keçirilib. Namiq Məmmədsadıqov isə bu barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
69
19
bizimyol.info

10Sources