EN

Talıb Tale ilk dəfə qızından danışdı - VİDEO

Yenicə ata olan müğənni Talıb Tale ilk dəfə qızından danışıb.

Bizim.Media xəbər verir ki, ifaçı "İncə səhər"ə müsahibəsində övladına mərhum anasının adını qoyduğunu açıqlayıb:

 

MÖVZU İLƏ BAĞLI:

Talıb Tale ata oldu - VİDEO

Talıb yeni doğulan qızı ilə - FOTO


"Gizli saxlamaq, sevincimi ailəmlə yaşamaq istədim. 1 həftə, 10 gün idi keçmişdi, dedim, nə əcəb xəbər yoxdur. Sonra qohumlarımdan birinin paylaşımı ilə məlumat bütün mediada yayıldı.

Bu yaşda ata olmaq qəribədir. Bəlkə də iyirmili yaşlarda ata olsaydım, daha fərqli təsir bağışlayardı. Dostlarımdan artıq baba olanlar da var. Amma mən bu yaşda ata oluram, gözəl hissdir. Allah bütün olmayanlara qismət etsin.

Hələ evlənməzdən əvvəl də demişdim ki, anamın adını qoyacağam. Anam dünyasını tez dəyişdi, sağalmaz xəstəlikdən əziyyət çəkirdi. Yeganə təsəllim o olmuşdu ki, adını yaşatmaq üçün Allah mənə bir övlad qismət etsin. Anamın adını övladıma qoydum: Zərifə".

Qeyd edək ki, Talıb ötən il Bahar adlı xanımla evlənib. (Axşam.az)



Bizim.Media

Chosen
52
19
bizim.media

10Sources