Demokrat.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 40 ünvanında, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Səttar Bəhlulzadə küçəsində, Quba şəhəri H.Əliyev prospektində, İmişli rayonu Qaradonlu kəndinin yaxınlığında Araz çayının məcrasında, Bərdə rayonu İkinci Hacallı kəndində meşə fonduna daxil olmayan 239 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 45 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1-ci (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
10Sources
-
far.azAzərbaycanda təbiətə 45 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işləri başlanıb ( 17942743)
-
redaktor.azTəbiətə 45 min manat ziyan vuruldu Cinayət işi açıldı ( 17941708)
-
redaktor.azTəbiətə 45 min manat ziyan vuruldu - Cinayət işi açıldı ( 17939974)
-
viral.azTəbiətə 45 min manat ziyan vuruldu ( 17939959)
-
azia.azKƏSİLƏN ağac və kolUN SAYI GÖRÜN NEÇƏDİR-RƏSMİ AÇIQLAMA ( 17936827)
-
xezernews.azTəbiətə 45 min manat ziyan vuruldu ( 17936545)
-
demokrat.azTəbiətə 45 min manat ziyan vuruldu — Cinayət işi açıldı ( 17935297)
-
aznews.azAzərbaycanda təbiətə 45 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işləri başlanıb ( 17934676)
-
cebheinfo.azBu şəhər və rayonlarda təbiətə 45 mindən çox ziyan vurulub ( 17934673)
-
moderator.azAzərbaycanda təbiətə 45 min manatdan çox ziyan vuruldu - Cinayət işi başladı ( 17934406)