EN

 “Bir zamanlar dəniz” qrup sərgisi çərçivəsində performans həftəsi

Bakı, 4 iyun, AZƏRTAC

YARAT Müasir İncəsənət Məkanı yerli və xarici sənətçiləri “Bir zamanlar dəniz” qrup sərgisi çərçivəsində keçiriləcək performans həftəsi proqramında iştirak etməyə dəvət edir.

YARAT-dan AZƏRTAC-a bildirilib ki, layihə Xəzər dənizinin ekoloji, mədəni və psixoloji qatlarını araşdırmağa yönəlib.

Müraciət ödənişsizdir və dil məhdudiyyəti yoxdur və iyunun 15-dək qəbul olunur. Nəticələr (qəbul və ya imtina) barədə iştirakçılara iyun 18-dək məlumat veriləcək

Həftənin bütün tədbirləri YARAT Müasir İncəsənət Mərkəzində baş tutacaq. Proqram hazırlıq mərhələləri, seminarlar və əsərlərin ictimai təqdimatlarını əhatə edəcək.

Qeydiyyat üçün link: https://shorturl.at/d9Pei

 

Chosen
307
26
azertag.az

10Sources