EN

Ərdoğan Pezeşkianla telefonla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan qarşıdakı dövrdə Türkiyə-İran əlaqələrinin institusional çərçivəsini gücləndirəcək addımlar üzərində işləməyə davam etdiklərini bildirib.

Ərdoğan həmçinin İran prezidenti Pezeşkianı Qurban bayramı münasibətilə təbrik edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
95
29
turkustan.az

10Sources