EN

Azərbaycanda AĞIR QƏZA: 4 nəfər öldü

Qazax rayonunun Abbasbəyli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən şəxslərin adları məlum olub.

News24.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində rayonun Fərəhli kənd sakinləri - 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev dünyasını dəyişib.

Hadisə yerinə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Nəticədə avtomobildə olan 4 nəfər hadisə yerindəcə həyatını itirib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.




Chosen
260
50
news24.az

10Sources