EN

9-cu sinif buraxılış imtahanı üzrə apellyasiya müraciətlərinin SAYI

Xəbər verdiyimiz kimi, aprelin 20-də Dövlət İmtahan Mərkəzi (DİM) 9-cu siniflər üçün buraxılış imtahan keçirib.

Bəzi iştirakçılar imtahan nəticələri ilə razılaşmayaraq müvafiq qaydada apellyasiya müraciətləri təqdim ediblər.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, buraxılış imtahanı üzrə bu saata qədər 376 şagird apellyasiya müraciəti edib.

Qeyd edək ki, apellyasiya müraciətlərinin qəbulu iyunun 5-i saat 17:00-dək davam edəcək.

Chosen
200
50
azedu.az

10Sources