EN

Azərbaycanda A qripi yayılıb - Rəsmi

Hazırda daha çox A qripi qeydə alınır və bu, sporadik xarakter daşıyır.

 

Sfera.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

 

Onun sözlərinə görə, qrip infeksiyasına ilboyu rast gəlinir, lakin əsasən payız və qış aylarında xəstələnmə halları artır:

 

“Yay aylarında isə yoluxmalar əsasən tək-tək hallarda müşahidə olunur. Bu epidemioloji qanunauyğunluq Azərbaycanda da özünü göstərir”.

 

Təyyar Eyvazov qeyd edib ki, risk qrupuna isə 5 yaşdan kiçik uşaqlar, hamilə qadınlar, immun sistemi zəif olan şəxslər, ağır xroniki xəstəliklərdən əziyyət çəkənlər və 65 yaşdan yuxarı insanlar daxildir:

 

“Bu şəxslər üçün qrip daha təhlükəlidir, çünki ağır fəsadlara səbəb ola bilər. Belə ağırlaşmalar arasında meningit, ensefalit, pnevmoniya və digər ciddi vəziyyətlər yer alır”.

Chosen
346
9
sfera.az

10Sources