EN

Fransada “Sud-Rail”in Həmkarlar İttifaqı dəmiryol işçilərini yay boyu tətilə çağırıb

Paris, 5 iyun, AZƏRTAC

“CGT-Cheminots” Həmkarlar İttifaqı iyunun 5, 6 və 11-də tətilə çağırış edib. Həmkarlar İttifaqları maaşların artırılmasını və sürücülərin iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

AZƏRTAC xəbər verir ki, “CGT-Cheminots” Həmkarlar İttifaqının çağırışından sonra “Sud-Rail” iyunun 12-si axşam saat 19:00-dan sentyabrın 1-dək tətil etməklə bağlı bildirişi açıqlayıb.

Bu bildiriş “Sud-Rail” tərəfindən ifadə edilən tələblərə qənaətbəxş cavabların olmamasından sonra verilib.

Chosen
192
3
azertag.az

10Sources