EN

MDB dövlət başçılarının sammiti oktyabrın 10-da Düşənbədə baş tutacaq

MDB-yə üzv dövlətlərin dövlət başçılarının sammiti oktyabrın 10-da Düşənbədə baş tutacaq.

Operativ Media xəbər verir ki, bunu Birliyin baş katibi Sergey Lebedev deyib.

"Tacikistanın MDB yə sədrliyi çərçivəsində yekun və mühüm tədbirlər oktyabrın 10-da Düşənbədə baş tutacaq. Bu MDB üzvü olan ölkələrin dövlət başçılarının sammitidir", - Lebedev MDB ölkələrinin Hökumət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının yekunlarına dair brifinqdə deyib.

Onun sözlərinə görə, sammitdən əvvəl MDB Xarici İşlər Nazirləri Şurası keçiriləcək .

Chosen
402
50
operativmedia.az

10Sources