Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, "Olimpik Star"da keçirilən final oyununda Yüksək Liqanın çempionu "Araz-Naxçıvan"la Birinci Liqanın gümüş mükafatçısı PFL üz-üzə gəlib.
Mövsümün son oyununa kasad heyətlə - legionersiz çıxan "Araz-Naxçıvan" bunun acısını yaşayıb. Rusiyalı baş məşqçi Yevqeni Kukseviç daxil olmaqla, əcnəbiləri erkən yola salan çempion ehtiyat qüvvəsi daha geniş olan PFL-ə 1:7 hesabı ilə uduzub.
Matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
Qeyd edək ki, “Araz-Naxçıvan” 6 dəfə kuboku başı üzərinə qaldırıbsa, PFL bu sevinci ilk dəfə yaşayıb.
Azərbaycan Kuboku
Final
5 iyun
Araz-Naxçıvan – PFL 1:7
Qollar: Xəzər Ağalızadə, 7.00 - Elçin İsmayılov, 5.12; 20.57; 33.28; 36.19. Nicat Qafarlı, 17.17. Raqif Eyvazov, 19.36; 30.30.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov
Hakim-inspektor: Füzuli Nəcəfov
Olimpik Star.