EN

27 aprel buraxılış imtahanının nəticələri AÇIQLANDI

27 aprel tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a məlumat verilib.

Bildirilib ki, şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Chosen
224
50
azedu.az

10Sources