“Qafqazinfo” xəbər verir ki, o, həmin vaxt qondarma rejimin “müdafiə naziri” olduğunu, hadisə ilə bağlı Ermənistan silahlı qüvələrinin əməliyyat idarəsinin rəisi Artak Davtyana və baş qərargah rəisi Yuri Xaçaturova məruzə etdiyini bildirib. “Mən məruzə edəndən sonra baş
qərargah rəisi göstəriş verdi ki, hətta rezervləri də cəmlənmə rayonlarına çıxarım”, - deyə o əlavə edib.
Təqsirləndirilən şəxs Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları da sadalayıb. Bu taşırıqlara ön xətti gücləndirmək, rezervləri müvafiq rayonlara çıxarmaq, əlavə komplektləşdirmə həyata keçirmək və rəqibin hücumunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmək daxil imiş.
Levon Mnatsakanyan Aprel döyüşləri zamanı “D-20”, “D-30” silahlarından, qrad raketlərindən, atıcı silahlardan istifadə etdiklərini bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 12-də davam etdiriləcək.
10Sources
-
qaziler.azLevon Mnatsakanyan Aprel döyüşlərində Ermənistandan aldığı tapşırıqları məhkəmədə açıqlayıb ( 17980972)
-
sfera.azAprel döyüşlərində aldığı tapşırıqları açıqladı - Məhkəmə ( 17980522)
-
news365.azMnatsakanyandan Aprel döyüşləri ilə bağlı etiraf... ( 17979847)
-
cebheinfo.azAprel döyüşlərində aldığı tapşırıqları açıqladı - Məhkəmə ( 17979796)
-
axar.azMnatsakanyandan Aprel döyüşləri ilə bağlı məhkəmədə etiraf... ( 17979352)
-
pravda.azLevon Mnatsakanyan Aprel döyüşlərində Ermənistandan aldığı tapşırıqları məhkəmədə açıqladı ( 17979295)
-
demokrat.azAprel döyüşlərində aldığı tapşırıqları açıqladı ( 17979034)
-
tribunainfo.azAprel döyüşlərində aldığı tapşırıqları açıqladı – Məhkəmə ( 17978866)
-
yenisabah.azLevon Mnatsakanyan Aprel döyüşləri zamanı Ermənistandan aldığı tapşırıqları məhkəmədə açıqladı ( 17978686)
-
modern.azMnatsakanyana Aprel döyüşlərində hansı tapşırıqlar verilib? ( 17978518)