Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 105,8milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixracolunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 25,7 milyon ABŞ dolları və ya 32% çoxdur.
Hesabat dövründə Gürcüstana qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracının 9,90%-i həcmində olub. Bununla daGürcüstan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyiölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Eyni zamanda 2025-ci ilin yanvar-aprel aylarında AzərbaycanlaGürcüstan arasında ticarət əməliyyatlarının həcmi 272,9 milyon ABŞdolları təşkil edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 35,3 milyon ABŞ dolları və ya 14,9% çoxdur. Hesabatdövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 1,61%-i həcmində olub.
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 234,9milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 23,8 milyon ABŞ dolları və ya 11,3%çoxdur.
Həmçinin 2025-ci ilin yanvar-aprel aylarında GürcüstandanAzərbaycana 38 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 11,5 milyon ABŞ dolları vəya 43,7% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanxarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3milyard ABŞ dolları və ya 24,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın,8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu da 2024-cüilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1milyon ABŞ dolları (və ya 7,5%) və 2,7 milyard ABŞ dolları (və ya48,8%) çoxdur.
Nəticədə, xarici ticarətdə 651,792 milyon ABŞ dollarlıq müsbətsaldo yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları iləmüqayisədə 2,1 milyard ABŞ dolları və ya 4,15 dəfə azdır.