EN

Cennaro Qattuzo “Hayduk”la yollarını ayırdı

Cennaro Qattuzo “Hayduk” klubunun baş məşqçi postundan ayrılıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Hadisənin səbəbləri barədə məlumat verilməyib. Qattuzo ötən ilin iyul ayında “Hayduk”un sükanı arxasına keçib və komandanı yerli çempionatda üçüncü pilləyə daşıyıb.

Qeyd edək ki, italyan çalışdırıcı bundan əvvəl “Sion”, “Palermo”, OFİ, “Pisa”, “Milan”, “Napoli”, “Valensiya” və “Marsel” klublarında da baş məşqçi kimi fəaliyyət göstərib.

Chosen
167
90deqiqe.az

1Sources