EN

Məşhur müğənni dünyasını dəyişdi 

Məşhur sovet və Litva müğənnisi (bariton) və aktyoru Arvidas Markauskas 73 yaşında dünyasını dəyişib.

Publika.az Litva Opera və Balet Teatrının saytına istinadən xəbər verir ki, o, Vilnüsdə vəfat edib.

Markauskas 1951-ci ildə anadan olub, 1980-ci ildə Litva Konservatoriyasını bitirib. 1979-cu ildən Litva Opera və Balet Teatrında xidmət edib, burada Makbet, Riqoletto, Traviata, Otello, Karmen və Yevgeni Onegin operalarında baş rolları ifa edib.

Sənətçi həm də fəal qastrollarda olub, müxtəlif orkestrlərlə çıxış edib.

1988-ci ildə Markuskas SSRİ Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sifarişi ilə Litva Kinostudiyasında çəkilmiş "Don Juan" televiziya filmində baş rolu oynayıb. Filmin rejissoru Yonas Vaytkusdur.


Telegram kanalımız
Chosen
251
6
yenisabah.az

10Sources