Ukrayna prezidenti Vladimir Zelenski Avstriya rəhbərliyi ilə görüşmək üçün iyunun 16-da Vyanaya səfər etməyi planlaşdırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avstriyanın “Kronen Zeitung” (KZ) qəzeti məlumat yayıb.
“Avstriyaya yüksək səviyyəli qonaq gəlir. Ukrayna prezidenti Vladimir Zelenski iyunun 16-da Vyanaya gələcək. Orada o, Avstriya hökumətinin nümayəndələri ilə görüşəcək”, – nəşr yazıb.
Bildirilir ki, planlaşdırılan görüşlərə Avstriya prezidenti Aleksandr Van der Bellen və bir sıra nazirlər, o cümlədən bir müddət əvvəl Kiyevə səfər etmiş xarici işlər naziri Beate Maynl-Rayzinqer ilə söhbət daxildir.