EN

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Day.Az-in məlumatına görə, bu barədə QSC-nin "Facebook" hesabında məlumat verilib.

Bildirilib ki, 5 iyunda Bakı-Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub.

"Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb.

Qeyd edək ki, həftəiçi Bakı-Balakən-Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib", - deyə məlumatda qeyd edilib.

Chosen
189
26
day.az

10Sources