EN

Opera Günlərinin açılış mərasimi keçirildi

Heydər Əliyev Sarayında Bakıda ilk dəfə keçirilən Opera Günlərinin açılış mərasimi olub.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində müxtəlif ustad dərsləri, operalar və konsert proqramları təşkil olunacaq.

Açılış mərasimində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim olunub. Əsas obrazları Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova ifa ediblər.

Qeyd edək ki, Opera Günləri iyunun 25-dək davam edəcək.

Chosen
119
17
kulis.az

10Sources