5 il əvvəl Bakıda vəfat edən Ağdam sakininin ölüm faktı qeydə alınıb. Belə ki, ərizəçi şəxsin həyat yoldaşı 2020-ci ildə Bakı şəhəri Suraxanı rayonunda vəfat edib və Bakı şəhəri Suraxanı rayonu Koroğlu qəbiristanlığında dəfn olunub. Arvadının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət edib, arvadının adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi bildirilib.
Trend-in məlumatına görə, mərhum 2020-ci ildə 44 günlük vətən müharibəsi ərəfəsində Bakı şəhərində COVID-19-dan vəfat edib.
HÉ™min vaxt É™rizəçinin başı qarışdığından arvadının ölümünü qeyd etdirmÉ™yib. Hazırda ölümün qeydÉ™ alınması üçün faktın tÉ™sdiq olunması zÉ™rurÉ™ti yaranıb.Â
Ağdam rayon Məhkəməsinin qərarı ilə ərizə əsaslı olduğundan təmin edilib. Mərhumun 2020-ci ildə Bakı şəhəri Suraxanı rayonunda xəstəlikdən vəfat etməsi faktı müəyyən edilib.