EN

Eks-prezidentdən ŞOK TƏLƏB: Mənim üçün Haaqada məhkəmə qurulsun

Bişkek məhkəməsi tərəfindən qiyabi məhkum olunmuş Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev bu hökmü respublika hakimiyyətinin təqibi adlandırıb.

Publika.az "Sputnik Qırğızıstan"a istinadla xəbər verir ki, sabiq dövlət başçısı ölkənin hazırkı rəhbərliyinə onun işinə Haaqa Beynəlxalq Cinayət Məhkəməsində (ICC) baxılmasını təklif edib.

"Mən şəxsən onun qarşısına çıxmağa və mənə qarşı irəli sürülən bütün ittihamlara cavab verməyə hazıram - siyasidən tutmuş cinayətə qədər. Hökumət ədaləti rəhbər tutduğuna əmindirsə, beynəlxalq tribunaldan qorxmağa heç nə yoxdur. Əgər Haaqa məni təqsirli bilsə, o zaman mən istənilən müddətə dəmir barmaqlıqlar arxasında qalmağa hazıram", - Atambayev deyib.

O əlavə edib ki, bunun üçün Qırğızıstan Roma Əsasnaməsini ratifikasiya etməli, hazırkı hakimiyyət isə ölkənin Baş Prokurorluğuna BCM-ə müraciət etmək barədə göstəriş verməlidir.

Chosen
285
50
publika.az

10Sources