EN

Robert Fitso: Müdafiə xərclərini birdən-birə artırmaq mümkün deyil

​BAKI, 8 iyun. TELEQRAF

Slovakiyanın Baş naziri Robert Fitso ölkənin müdafiə xərclərinin tədricən artırılmasının qaçılmaz olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.

Fitso qeyd edib ki, müdafiə xərclərinin birdən-birə artırılması mümkün deyil:

“Əgər kimsə düşünürsə ki, sabahdan müdafiə xərclərini ÜDM-in 2%-dən 5%-ə qaldıra bilərik, bu, mümkün deyil.”

Slovakiya Prezidenti Peter Pelleqrini isə daha əvvəl açıqlamışdı ki, ölkəsi NATO sammitində müdafiə xərclərinin ÜDM-in 3,5%-i, əlavə müdafiə ehtiyacları üçün isə 1,5%-i təşkil etməsini dəstəkləyəcək. O əlavə etmişdi ki, bu planların həyata keçirilməsi üçün optimal müddət 10 ildir.

Qeyd edək ki, NATO-nun sammiti 24-25 iyun tarixlərində Haaqa şəhərində keçiriləcək.

Chosen
126
20
teleqraf.com

10Sources