EN

Bakıda bina sakinləri qorxu içində - Hər an uça bilərVİDEO

Paytaxtın Xətai rayonu, Cavanşir küçəsi 31 ünvanında yerləşən bu binanın sakinləri artıq aylardır qorxu içində yaşayırlar. Çünki binaya qalxan pilləkənlərin istinad divarları uçub.

Xezerxeber.az xəbər verir ki, güclü yağış və qarın ardından divarlarda çatlar əmələ gəlib.

Sakinlərin dediyinə görə, məsələ ilə bağlı əvvəllər aidiyyəti qurumlar araşdırma aparıb. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəziyyəti qiymətləndirib və Xətai Rayon İcra Hakimiyyətinə rəsmi məktub da göndərib.

Amma problem nəinki həll olunub, indi daha da dərinləşib. Sakinlər dəfələrlə müraciət etsə də, nəticə dəyişməyib.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.

Chosen
124
22
xezerxeber.az

10Sources