EN

Əmr layihəsi masada

Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi tütün məmulatlarının minimum pərakəndə satış qiymətlərinin müəyyən edilməsi ilə bağlı qüvvədə olan qanunvericiliyə dəyişikliklər haqqında əmr layihəsi hazırlayıb,

Publika.az xəbər verir ki, sənəd açıq NPA portalında ictimai müzakirə üçün dərc edilib.

Söhbət maliyyə nazirinin 22 fevral 2022-ci il tarixli 196 nömrəli əmrində filtrli və filtrsiz siqaretlərin, elektron siqaretlərin, habelə qızdırılan tütün məmulatlarının minimum qiymətlərini müəyyən edən dəyişikliklərdən gedir.

Qeyd edilib ki, layihə “Tütün məmulatlarının istehsalının və dövriyyəsinin dövlət tənzimlənməsi haqqında” Qanunun 5-ci maddəsinin 2-1) yarımbəndinə uyğun olaraq hazırlanıb. Əsas məqsəd tütün məmulatları ilə bağlı balanslaşdırılmış vergi və qiymət siyasətinin həyata keçirilməsi, o cümlədən ölkədə səhiyyə məqsədlərinə - tütün istehlakının və siqaret çəkilməsinin azaldılmasına nail olunmasına kömək etməkdir.

Chosen
410
5
publika.az

10Sources