EN

Alimlər xərçəng və qrip əleyhinə peyvəndləri gücləndiriblər

Alimlər

ABŞ-ın Pensilvaniya Universitetinin alimləri mRNT texnologiyası əsasında hazırlanan peyvəndləri IL-12 (interleykin-12) adlı sitokinlə zənginləşdirərək yüksək təsirli yeni nəsil peyvəndlər yaratmaq istiqamətində mühüm addım atıblar. Bu yenilik “Science Immunology” elmi jurnalında dərc olunub.Tədqiqat zamanı alimlər IL-12 əlavəsinin CD8+ T-limfositlərin aktivliyini əhəmiyyətli dərəcədə artırdığını sübut ediblər. Bu hüceyrələr immun sisteminin viruslara və xərçəng hüceyrələrinə qarşı mübarizəsində əsas rol oynayır. Sınaq nəticələri:Koronavirus, qrip, melanoma (dəri xərçəngi) və listerioza qarşı gücləndirilmiş qoruma təsdiqlənib.Təkcə antikor deyil, həm də T-hüceyrə immuniteti yaradılıb – bu, virusun mutasiyaya uğramış formalarına qarşı da davamlı təsir göstərir. Faydaları:Dozanın və peyvənd sayının azaldılması mümkündür.Birləşmiş peyvəndlər hazırlanaraq müxtəlif infeksiyalara qarşı universal müdafiə yaratmaq olar.Bu texnologiya xərçəngin immunoterapiyasında da istifadə oluna bilər.Tədqiqatçılar bildirirlər ki, bu metod gələcəkdə yüksək effektivlikli və uzunmüddətli qoruyucu vaksinlərin yaradılmasına zəmin yarada bilər.Ulusum.az

Diqqət Çəkənlər

Rusiya-Ukrayna Müharibəsinin 1200-cü Günündə Eskalasiya

“Hörümçək Toru”na cavab gecikmədi: Moskva Kiyevi belə susdurmaq istəyir

ƏN QOCAMAN VƏ ƏN PÖHRƏ ÇİNARLARIN YAŞIDI - Rafael Hüseynov yazır

Chosen
369
5
ulusum.az

10Sources