EN

Didye Deşam: “Fransa yığması hücumda tərrəqqi edib”

Fransa yığmasının baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının Almaniya yığması ilə 3-cü yer uğrunda oyununu şərh edib.

Arena.az məlumat verir ki, “xoruzlar” “bundestim”ə iki “dimdik” atıblar – 2:0.

Didye Deşam matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Mən komanda quranda, istəyirəm ki, o hücumda rəqib üçün mümkün olduqca təhlükəli oynasın. Bu iki oyunun nəticəsi əsasında deyə bilərəm ki, bəli, bizim, qollar vurmaq üçün gərək olan hər şeyimiz var. Biz bunu səmərəli surətdə etməyə başlamışıq, amma daha da artıra bilərik.

Mayk Menyan (Fransa yığmasının qapıçısı) bu gün müdafiənin son hüdudunda inanılmaz oynayırdı. O, bizə, oyunun başlanğıcında oyunda qalmağa imkan verdi. Oturub yalandan, oyunu birinci hissəsindən sonra fasiləyə hesabdakı üstünlüklə yollanmağa layiq olduğumuzu deməyəcəyəm. Amma müvafiq xüsus, nəticə etibarı ilə bizə bu oyunda artırmaq imkanı yaratdı”, – UEFA-nın rəsmi saytı 56 yaşlı fransız mütəxəssisdən sitat gətirir.

Chosen
93
5
arena.az

10Sources